Ermənistanda uzun illərdir ki, cinayətkar hərbi komandir erməni xalqına və dövlətinə rəhbərlik edir. Eyni zamanda Ermənistan işğalçı dövlətdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov söyləyib.Millət vəkili bildirib ki, işğalçı və cinayətkarların rəhbərlik etdiyi dövlətdən humanist addım gözləmək olmaz: "Azərbaycan erməni əsirini qarşı tərəfə verməklə beynəlxalq aləmə özünün haqlılığı, ədalətliliyi, humanistliyi, sülhsevərliyini bir daha sübut edir. Ancaq heç bir zaman bunun düşmən tərəfindən cavabı gəlmir. Hətta əksinə olaraq Ermənistan tərəfi öz doğma yurd-yuvalarına gedən 3 mülki vətəndaşımızı, Kəlbəcər sakinlərindən birini öldürür, digər ikisini isə qondarma qərarlarla uzunmüddətli həbsə məhkum ediblər. Bunlardan heç bir insaniyyət gözləmək olmaz. Bir sözlə Azərbaycan öz humanistliyini hər zaman dünyaya sübut edib və bundan sonra da edəcək". Qeyd edək ki, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kənd sakini Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb. Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.
sia.az