PDF Oxu

Siyasət

  • 53

Rusiyanın Ermənistana təzyiqlər göstərəcəyi ehtimal olunurdu

Rusiyanın Ermənistana təzyiqlər göstərəcəyi ehtimal olunurdu

Elşad Mirbəşiroğlu: "Amma biz bunu müşahidə etmədik"

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərini və səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Sarkisyan rejimi ilə müzakirələr qurması diqqətçəkən mövzu yaradıb. Ermənistanın "Aykakan Jamanak" qəzeti iddia edir ki, Rusiya işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması təklifi ilə çıxış edib. Təklif Sergey Lavrov bu təklifi səfəri zamanı Serj Sarkisyanın nəzərinə çatdırıb. "Bu, nə dərəcədə realdır" sualına cavab olaraq politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, hazırda Rusiyanın maraq dairəsində digər ciddi məsələlər dursa da, Ermənistanla müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparılır: "Bu baxımdan, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb. Bildiyiniz kimi, bir müddət öncə Ermənistan prezidentinin Rusiyaya səfəri olub. Həmin səfər ərəfəsində də Rusiyanın Ermənistana təzyiqlər göstərəcəyi ehtimal olunurdu. Amma biz bunu müşahidə etmədik. Səbəb də aydındır. Rusiya son vaxtlar Qərbə meyililik siyasəti aparmaq arzusunu səsləndirən Sarkisyan rejimini özündən incik salmaq istəmir".

Politoloqun fikirincə, Sergey Lavrovun Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hər hansı bir real nəticəyə gətirəcək gücdə deyil: "Bu gün hər kəsə bəllidir ki, işğalçı ölkə olan Ermənistanla Rusiya arasında kifayət qədər böyük yaxınlıq var. Rusiya Ermənistana iqtisadi, siyasi və hərbi yardımlar göstərir. Yəni Ermənistan Rusiyanın forposdudur. Yerevan istəsə də, müstəqil xarici siyasət yürüdə bilməz. Bu baxımdan Ermənistanın müstəqilliyi Rusiyanın maraqlarından uzağa getmədiyini demək olar."

E.Mirbəşiroğlu onu da bildirdi ki, Ermənistan nə qədər himayədarı olan Rusiyaya sığınsa da, uzun müddətə Dağlıq Qarabağı işğalda saxlaya bilməyəcək, Azərbaycan dövləti mümkün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa edəcək.

GÜLYANƏ

Digər xəbərlər