PDF Oxu

Siyasət

  • 44

Tamerlan Vahabov: “Qanun qarşısında cavab verəcəklər” AÇIQLAMA

Tamerlan Vahabov: “Qanun qarşısında cavab verəcəklər” AÇIQLAMA

"Ümumiyyətlə kimliyindən asılı olmayaq bütün insanlar hansı "pərdə" altında fəaliyyət göstərirlərsə, onlar mütləq şəkildə qanun qarşısında cavab verəcəklər". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Azərbaycanda din pərdəsi altında iğtişaş yaratmaq istəyən bir qrup radikal-ekstremist ruhlu şəxslərin hərəkətlərinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları bir qrup radikal-ekstremist ruhlu şəxslərin hərəkətlərinə adekvat cavab verirlər: "Onların hərəkətlərinə, törətdiyi iğtişaşlara gəlincə deyə bilərəm ki, bunların heç bir obyektiv əsasları yoxdur. Çünki onların tələbləri, istəkləri bəlli deyil. Bu da təhlükəsizlik üçün böyük bir təhdid olmaqla heç şübhəsiz ki, ölkədə stabilliyin pozulmasına gətirib çıxara bilər. Onların məqsədləri qeyri-müəyyəndir".Qeyd edək ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir qrup radikal-ekstremistin iştirakı ilə aksiya keçirilmişdi. Onlar "Müsəlman birliyi hərəkatı" adlı təşkilatın sədr müavini Elçin Qasımlının azad olunmasını tələb etmişdilər. Nəticədə bir neçə nəfər polis tərəfindən saxlanılmışdı.

sia.az

Digər xəbərlər