İranın bir çox şəhərlərində yerli azərbaycanlıların izdihamlı etiraz aksiyaları keçirməsinin əsas səbəbi bu ilin noyabrın 6-da İranın "Kanal 2" telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsi ilə bağlı olub". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, həmin aksiyalar millətə qarşı olan hörmətsizlik, təhqir ilə bağlıdır: "Bununla yanaşı öz dilində oxuya, öz mətbuatını əldə edə bilməyən sadə bir milli hüquqlar var ki, bütün beynəlxalq qanunvericilikdə bu hüquqların təminatı bir qaranti kimi verilir. Beləcə beynəlxalq təşkilatın, BMT-nin üzvü olan hər bir ölkə belə bir hüquqları təmin etməlidir, təhqiri yox. İranda cərəyan edən bu proseslərin sonu hər zaman olduğu kimi yenə də yeni həbslərlə, təzyiqlərlə davam edəcək".Qeyd edək ki, İranın bir çox şəhərlərində yerli azərbaycanlılar izdihamlı etiraz aksiyaları keçiriblər. Onlar bu il noyabrın 6-da İranın "Kanal 2" telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə etirazlarını bildiriblər.
sia.az