Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan edib.Daha sonra iclasda 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputatlığa namizəd olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin şikayətinə baxıb. P.Hüseyn şikayətində bildirib ki, noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı həmin seçki dairəsinin nəticələri ləğv edilməlidir. Qeyd edib ki, seçki bülletenləri yenidən sayılmalıdır. O, səsvermənin nəticələrini şübhəli olduğunu iddia edib.MSK üzvü Bəxşeyiş Əsgərov Ekspert Qrupunun araşdırmasına P.Hüseynin dəvət olunduğunu bildirib. B.Əsgərov bildirib ki, Ekspert Qrupunun araşdırması nəticəsində P.Hüseynin iddialarının əsassız olduğu məlum olub. Sübuta yetirilib ki, səsvermədə iştirak edən seçicilərin sayı ilə protokoldakı seçicilərin sayı eyni olub. Beləcə, MSK şikayəti təmin etməyib.Araşdırma zamanı dairənin 13 saylı məntəqə seçki komissiyasında səslərin sayılması zamanı pozuntu aşkarlanıb. Həmin məntəqənin nəticəsi etibarsız sayılıb. Beləliklə, MSK P.Hüseynin şikayətini qismən təmin edib.Sonda cari məsələlərə baxılıb.
sia.az