"Azərbaycanda din pərdəsi altında iğtişaş yaratmaq istəyən bir qrup radikal-ekstremist ruhlu şəxslərin arxasında xaricdəki müəyyən dövlətlər və qüvvələr dayanır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, Azərbaycanın günü-gündən inkişaf etməsi, dövlət və xalqın birliyi, ictimaiyyətin dövləti dəstəkləməsi bu cür təxribatların qarşısını alır və bundan sonra da alacaq: "Bu kimi təxribatlar ilk belə hal deyil. Bu cür hallar hər an gözlənilə bilər. Bu gün dünyada baş verən hadisələr və ayrı-ayrı qurumların törətdiyi əməllər hər birimizə bəllidir. Məhz bunun nəticəsi olaraq onlar da istəyirlər ki, Azərbaycanda hansısa bir kənddə, qəsəbədə aranı qızışdırsınlar. Amma ümmumilikdə bu mümkün olan məsələ deyil".Qeyd edək ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir qrup radikal-ekstremistin iştirakı ilə aksiya keçirilmişdi. Onlar "Müsəlman birliyi hərəkatı" adlı təşkilatın sədr müavini Elçin Qasımlının azad olunmasını tələb etmişdilər. Nəticədə bir neçə nəfər polis tərəfindən saxlanılmışdı.
sia.az