Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr Azərbaycanın milli təhlükəsizlik sisteminə heç bir təsir etməyib. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.O bildirib ki, bununla əlaqədar hüquq-mühafizə orqanlarında iş gedir: "Bu baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz. Milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir".Bir neçə gün öncə Sabunçu rayonunda radikal dindarların ictimai sabitliyi pozmaq cəhdinə də münasibət bildirən vitse-spikeri Ziyafət Əsgərov söyləyib ki, Azərbaycanda kim din pərdəsi altında radikal addımlar atacaqsa, təbii ki, cəzalanacaqlar: "Azərbaycan dövləti heç bir halda imkan verə bilməz ki, Azərbaycanda mövcud olan bu sabitlik pozulsun. Təəssüf ki, bəziləri gedib xaricdə guya din təhsili alırlar, amma əslində din pərdəsi altında dindən başqa onlara hər şey öyrədirlər. Hesab edirəm ki, narahatçlılıq üçün heç bir əsas yoxdur. Belə halların qarşısı indiyə qədər alınıb və bundan sonra da alınacaq".
sia.az