"Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılması, elmi müəssisələrin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyası 70 il ərzində tarixi yol keçib". Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, ötən dövr ərzində AMEA böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, dövlət elmin inkişafına daim yüksək qayğı göstərir.
"Ulu öndər Heydər Əliyev 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına "Azərbaycan Milli Elmlər Akademiyası" statusu verilməsi haqqında tarixi Fərman imzalayıb. Həmçinin, bu istiqamətdə digər qərarlar AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaradıb. Bütün bunların nəticəsində akademiyanın fəaliyyət dairəsinin genişlənib, elmin davamlı inkişafı təmin edilib"- deyə, akademik vurğulayıb.
yap.org..az