PDF Oxu

Siyasət

  • 68

Hikmət Hacıyev: “Rəsmi İrəvana məcburedici mexanizmlər tətbiq etməlidirlər" AÇIQLAMA

Hikmət Hacıyev: “Rəsmi İrəvana məcburedici mexanizmlər tətbiq etməlidirlər" AÇIQLAMA

"Rəsmi Bakı dəfələrlə bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən 20 il vaxt ötməsinə baxmayaraq, hələ də hansısa irəliləyiş əldə olunmayıb". Bunu SİA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinə münasibət bildirərkən deyib.XİN sözçüsünün sözlərinə Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Minsk qrupu öz fəaliyyətini intensivləşdirməlidir: "Onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin rezidentləri səviyyəsində qəbul olunmuş bəyanatların manşetinə uyğun olaraq danışıqlar prosesində konkret təkliflərlə çıxış etməlidir".H.Hacıyev əlavə edib ki, rəsmi Bakının gözəntiləri başlıca olaraq ATƏT-in Minsk qrupu həmsədrlərindəndir: "BMT TŞ tərəfindən həmsədrlərə bir mandat hüququ verilib ki, münaqişənin həlli ilə məşğul olsunlar və regionda sülhün, sabitliyin təmin olunmasına töhfə versinlər. Təbii ki, bunun da əsasını münaqişə təşkil edir. Ona görə də həmsədrlər öz barışdırıcı mövqelərinə son qoymalı, Ermənistanın cəzasızlıq sindromuna barışdırıcı münasibət göstərməməlidirlər. Hətta yeri gələndə rəsmi İrəvana məcburedici mexanizmləri tətbiq etməlidirlər. Bu zaman münaqişənin həllində hansısa irəliləyişə nail olmaq olar".

sia.az

Digər xəbərlər