PDF Oxu

Siyasət

  • 39

Şoumen-məzhəkəçi müxalifəti yuyacaq dalğa

Şoumen-məzhəkəçi müxalifəti yuyacaq dalğa

KÖŞƏ YAZISI

Hər kəsə bəllidir ki, dünyanın sosial-siyasi hərəkatlar, mitinqlər tarixi XIX əsrdən başlanır. Bu dövrdən başlayaraq, kapitalizmin inkişafı ilə əlaqəli olaraq, şəhərlərarası inteqrasiyanın güclənməsi sonda insanların siyasi və sosial hüquqları uğrunda mübarizə aparmasına rəvac verirdi. Bu isə, əsasən, imperiya dövlətləri daxilində olan ayrı-ayrı xalqların siyasi aktivliyilə müşahidə olunurdu. Yəni, qısa arayış onu göstərir ki, mitinqlərə və ya aksiyalara cəmiyyət daxilində zəmin və sifariş olmalıdır. Təbii ki, sosial sifariş olmadığı təqdirdə, həmin mitinq və ya aksiya iflasa uğrayacaq, ucuz şou kimi məzhəkə obyekti olacaq. Necə ki, məhz ölkəmizdə özlərinə müxalifətçi adı qoyanlar, əslində məzhəkəçiliklə, ucuz şoularla gündəmdə qalmağa başayırlar. Xüsusilə də seçki proseslərindən sonra...

Halbuki bu gün ölkəmizdə hər hansı sosial narazılıq və mitinqlərə sosial sifariş yoxdur. Yalnız müəyyən qruplardır ki, şəxsi siyasi maraqlarını qeyri-qanuni yollarla reallaşdırmağa cəhd göstərən narazılar mövcuddur. Amma bu, Azərbaycan cəmiyyətində media narazılığının, yəni böyük etirazlar dalğasının olması demək deyil. Belə bir şəraitdə qərəzli dairələrin siyasi sifarişilə mitinq keçirmək istəyən radikal müxalifətin cəhdləri ucuz şoudan başqa bir şeyə çevrilmir. Xüsusilə də, bəzi işbazların hərisliyi nəticəsində ortaya çıxmış xoşagəlməz hadisələri məqsədli şəkildə siyasiləşdirməklə, müxalifət oyun oynamağa başlayır. Elə radikal müxalifətin nəzarətində olan mətbuat orqanlarında korrupsiya oyununun bilərəkdən şişirdilməsi də eyni məqsəddən irəli gəlir. Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli, Pənah Hüseyn və s. kimiləri bu oyundan sui-istifadə etməklə, həmçinin, "beşinci kolon" funksiyasını da yerinə yetirmiş olurlar ki, bunun da müqabilində haqqını alırlar. Qeyd edildiyi kimi, əsassız iddialarla çıxış edən şoumen müxalifəti növbəti dəfə mitinq keçirməkdə müəyyən məqsədlər güdür. Məqsədlərdən biri də toqquşmaya gedəcək radikal-şoumen müxalifət nümayəndələri hətta fərdi qazancları üçün qan tökməyə də cəhd göstərməyə hazırdırlar. Çünki imici zədələnmiş bəzi qüvvələrin siyasi sifarişi ondan ibarətdir ki, Azərbaycanda qarşıdurma səhnəsi qurulsun. Bunun da mətbuat vasitəsilə geniş yayımlanması həyata keçirilsin. Beləliklə də, qurulmuş səhnəyə görə, radikal müxalifət haqqını alır, qərəzli qüvvələr isə Azərbaycana təzyiq etmək üçün vasitə əldə edirlər. Beləliklə, bəlli olur ki, müxalifət gündəmdə qalmaq üçün Azərbaycanda müxtəlif mənfi hadisələrin baş verməsi arzusu ilə yaşayır. Onlar Azərbaycanda baş verən ən kişik məişət olayını belə, hakimiyyətin üzərinə yıxmağa çalışırlar.

Amma elə indidən gün kimi aydındır ki, əvvəllər olduğu kimi, bu dəfə də şoumen-məzhəkəçi müxalifətin arzuladıqları təxribatları baş tutmayacaq. Hətta belə demək mümkündür ki, uğursuzluqla nəticələnəcək cəhdlər dalğası qayıdıb onların özünü vuracaq, necə deyərlər, siyasi səhnədən yuyub-aparacaq. O dalğa isə yaxındadır, lap burunlarının ucunda.

RƏFİQƏ

Digər xəbərlər