PDF Oxu

Siyasət

  • 23

Erməni deputat: "Qarabağı Azərbaycana verə bilərik"

Erməni deputat: "Qarabağı Azərbaycana verə bilərik"

"Ermənistan Azərbaycanın qarşısında diz çökəcək"

Ermənistanın hakim Respublika partiyasının deputatı Levon Martirosyan bildirib ki, Ermənistan və Azərbaycan danışıqlar prosesində qarşılıqlı kompromis yolu ilə razılığa gələ bilərlər: "Danışıqlar prosesinə xüsusi status qarşılığında Azərbaycana bəzi ərazilərin qaytarılması daxildir. Biz müəyyən vaxtda kompromisin əldə olunacağını istisna etmirik. Bəzi əraziləri Azərbaycana güzəştə getməklə Qarabağ əhalisinə sabit və zəmanətli təhlükəsizlik verə və bölgənin statusunu müəyyənləşdirə bilərik. Burada yeni və narahatlığa əsas verə biləcək heç nə yoxdur".

Erməni deputatın açıqlamasını şərh edən politoloq Ülvi Məmmədov "SƏS" qəzetinə açıqlamasında qeyd edib ki, artıq Ermənistan məğuliyyətini etiraf etməkdədir: "Əvvəllər Ermənistan bu və ya digər formada Azərbyacana qarşı daha çox psixoloji addımlar atırdı. Məsələn, bəyanat verirdi ki, erməni ordusu ən müasir silahlarla təchiz olunub, ölkə iqtisadi cəhətdən böyük gücə sahibdir və sairə. Təbii ki, bütün bunlar müəyyən auditoriyaya hesablanmış bəyanatlar idi. Ermənistan son bir neçə ildə daha acınacaqlı vəziyyətə düşüb, belə desək, artıq ayaq açıb yeriyə bilmir. Ölkənin fəqərə sütunu-büdcə yoxdur, orduda fərarilik baş alıb gedir, sosial problemlər tüğyan edir, kriminal şəxlsər dövlətə rəhbərlik edir. İndi artıq yalan danışmaqla Ermənistana güc qazandırmaq olmaz. Azərbyacan o qədər sürətlə inkişaf edir ki, Ermənistan bu inkişafın yanından belə ötə bilmir. Biz əvvəllər də deyirdik ki, Azərbaycan qüdrətli dövlət olanda Ermənisan diz çökəcək və rayonlarımız geri qaytarılacaq".

Siyasi ekspert Vüqar Əsgərov da bildirib ki, vaxt olacaq Ermənistan Azərbyacandan aman istəyəcək: "Hesab edirəm ki, erməni deputat bu fikirləri özbaşına demir, onu düşmən dövlətin iqtidarı danışdırır. Ermənistan kimi kriminal dövlətdə deputat hesaba alınmamaış söz deyə bilməz. Görünən budur ki, Ermənistan rəhbərliyi özlərinin etiraf edə bilmədiklərini deputatın dili ilə deyirlər. Yəqin ki, yaxın zamanlarda biz Qarabağın azad olunmasını görəcəyik. Bunu deməyə kifayət qədər əsasımız var. Cənab Prezidentin apardığı siyasət Ermənistanı dünyadan təcrid olunmuş duruma salıb. İkincisi, artıq dünya Azərbyacanın haqq mövqeyini dərk edir, məlum həqiqətlərdən yayına bilməzlər".

Samir

Digər xəbərlər