PDF Oxu

Siyasət

  • 59

Hatəm Cabbarlı: “Terrorizmə qarşı mübarizə dövlətlərin ən zəif yeridir” AÇIQLAMA

Hatəm Cabbarlı: “Terrorizmə qarşı mübarizə dövlətlərin ən zəif yeridir” AÇIQLAMA

Terrordan heç bir dövlətin sığortalanmadığını 11 sentyabrda gördük. Daha sonralar da müxtəlif dövlətlərə qarşı terror aktlarının törədildiyinin şahidi olduq". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatem Cabbarlı Fransada baş vermiş məlum terror hadisəsini şərh edərkən deyib.Mərkəz sədrinin sözlərinə görə, beynəlxalq terrorizmə qarşı mübarizədə böyük dövlətlər ortaq məxrəcə gələ bilmir: "Çünki bu terror təşkilatlarından yeri gələndə öz məqsədləri üçün də istifadə edirlər. Ümumiyyətlə terrorizmə qarşı mübarizə dövlətlərin ən zəif yerdir. Dövlətlərin qarşısında bir dövlət yoxdur, nizami ordu yoxdur və rəsmən müharibə elan edilmir. Terror təşkilatlarının nə zaman və hansı dövlətə qarşı terror aktı həyata keçirəcəkləri əsasən məlum olmur. İnformasiya texnologiyalarının inkişafı böyük dövlətlərə terrorun nə zaman və harada törədiləcəyi barədə məlumat almağa müəyyən köməklik etsə də, Fransa nümunəsində olduğu kimi, bəzən bu terror aktlarının qarşısının alınması mümkün olmur.Əlbəttə, Fransa daxili təhlükəsizliyini yüksək səviyyədə qorumağa çalışır amma bu o demək deyil ki, bütün terror aktlarının qarşısını ala biləcək qabiliyyətə sahibdir. Müəyyən problemlərin olduğunu gördük. Böyük bir ehtimalla terror digər dövlətlərdə də davam edəcək".H.Cabbarlə əlavə edib ki, terrordan ən çox əziyyət çəkən dövlətlərdən biri də Azərbaycandır: "1990-cı illərdən bu günə qədər Ermənistan dövləti rəsmən Azərbaycana qarşı 26 terror aktı həyata keçirib. Azərbaycanın terrora qarşı mübarizəsində Fransa, ABŞ və digər böyük dövlətlərin dəstək verməmələri, kömək etməmələri o dövlətlərdə terror aktının törədilməyəcəyi demək deyil. Beynəlxalq terrorizmə qarşı böyük dövlətlər tərəfindən ortaq strateji qəbul edilməli, məlumatlar paylaşılmalı və ciddi əks tədbirlər görülməlidir. Bunun edilməyəcəyi təqdirdə heç bir dövlətin terrorizmə qarşı mübarizəsi ciddi nəticə verməyəcək".

sia.az

Digər xəbərlər