PDF Oxu

Siyasət

  • 26

Ekspert: “Əsgərlər zorakılıq və cinsi təcavüzə məruz qalırlar" AÇIQLAMA

Ekspert: “Əsgərlər zorakılıq və cinsi təcavüzə məruz qalırlar" AÇIQLAMA

Ümumiyyətlə, son vaxtlar Ermənistanda vəziyyət o qədər də ürəkaçan deyil. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də onların çox böyük çətinlikləri var". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Hərbi ekspertin sözlərinə görə, bu çətinlik artıq o səviyyəyə gəlib çatıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində əsgərlərin çatışmazlığı, o cümlədən xeyli problemlər onları məcbur edir ki, hətta qadınlarda hərbi xidmətə qəbul olunsunlar: "Təbii ki, bütün bunlar yaxşı heç nə vəd etmir. Çünki indiyədək Ermənistan ordusunda nizamnamədən kənar kifayət qədər problemlər olub. Hətta bu, bir xəstəlik halını alıb. Əsgərlər orduda zorakılıq, cinsi təcavüzə və s. məruz qalırlar. Erməni qadınlarının hərbi xidmətə çağırılması isə düşünürəm ki, əlavə probemləri bir qədər də artıracaq. Onlar razıdırlar ki, vətəndaşlığı olmayan şəxsləri də hərbi xidmətə cəlb etsinlər. Bu, bir daha onu göstərir ki, Ermənistanın seçdiyi yol mənfiyə doğru gedən yoldur. Əgər bir ölkənin sərhədləri başqa ölkənin əsgərləri tərəfindən qorunursa (Rusiya əsgərlərinin Ermənistanın sərhdələrini qoruması), eləcə də hava məkanı başqa ölkə tərəfindən müdafiə olunursa və s. bu ölkə çox uzağa gedə bilməz".

sia.az

Digər xəbərlər