PDF Oxu

Siyasət

  • 49

“Terrorun kökündə siyasət və siyasəti terrora alət edənlər dayanır”

“Terrorun kökündə siyasət və siyasəti terrora alət edənlər dayanır”

"Fransada baş verən hadisələr XX əsrin sonlarında beynəlxalq münasibətlər sisteminə, dünya siyasətinə yeni daxil edilən və siyasətə alət olan yeni keyfiyyətdə bir hadisənin növbəti təzahürüdür". Bunu SİA-ya politoloq Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, terror hadisəsi tarixən həmişə olub: "Hətta sui-qəsdlərin yaşı Qədim Romaya qədər gedib çıxır. Sonrakı mərhələlərdə isə dində radikalizmin tarixi çox qədimdir. Bütün dinlərdə radikalizm var və s. Heç bir zaman terror və dini radikalizm bu qədər siyasətə alət olmayıb. Bu gün dini və radikal-ekstremizmi siyasətə alət edənlər bu hadisəyə görə məsuliyyət daşıyırlar. Məsələnin kökündə ekstremizmi, terrorizmi siyasətə alət edənlər heç də müsəlmanlar, İslam dini deyil. Biz bilirik ki, bu gün beynəlxalq münasibətlərdə diqtə edən tərəf Qərbdir, Şimali Atlantika blokuna üzv olan ölkələrdir. Terroru da siyasətdə vasitə kimi istifadə edən məhz onlardır".H.Babaoğlu əlavə edib ki, hətta bu gün iş o yerə çatıb ki, beynəlxalq münasibətlər sistemində dövlətlərin dəstəklədiyi terrordan və yaxud terrorçu dövlətlərdən danışılır: "Bu kontekstdə yanaşdıqda görəcəyəcik ki, hər şey əkilənin biçilməsidir. Amma məsələ ondandır ki, ziyanı siyasətçilər, islamafoblar çəkmir, əksinə Fransanın siravi vətəndaşları çəkir. Bu mənada hesab edirəm ki, terrorun kökündə siyasət və siyasəti terrora alət edənlər dayanır. Ümumiyyətlə, dinlə siyasət həmişə bir-birini qidalandıran iki kamponentdir. Siyasətdə həmişə din, dində isə həmişə siyasət olub. Səmavi və qeyri-səmavi dinlərdə də bu belədir. Bunların sərhədlərinin harda bitdiyi bəlli deyil. Ona görə də Avropanın bugünkü xarici siyasətində nə qədərki İslama qarşı anti İslam əhval-ruhiyyəsi bir növ prioritet təşkil edir, o qədər də özlərinə qarşı zərər görürlər".

sia.az

Digər xəbərlər