PDF Oxu

Siyasət

  • 42

"Azərbaycanın hər iki ölkə ilə strateji müttəffiqliyi var" Ekspert

"Azərbaycanın hər iki ölkə ilə strateji müttəffiqliyi var" Ekspert

"Heç şühbəsiz ki, dekabrda Moskvada keçiriləcək görüşdə Azərbaycan prezidenti ilə yanaşı Türkiyə və Rusiya prezidentinin də iştirak edəcəyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə predmetinə çevrilə bilər". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Ekspertin sözlərinə görə, Türkiyə və Rusiya regionun ən mühüm ölkələrindən biridir: "Azərbaycanın hər iki ölkə ilə strateji mütəffiqliyi var. İkitərəfli münasibətlər yüksək məcrada inkişaf edib. Bu mənada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi gündəliyə yatırıla bilər. Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində öz həllini tapmağa çalışır. Bu format hal-hazırda mövcuddur. Yalnız bu format çərçivəsində hələ ki, sülh danışıqları davam edir. Türkiyə və Rusiya regionun ən mühüm ölkələrindən biri olduğu, həmçinin Rusiya Minsk qrupunun üzvülüyünə daxil olduğu üçün bu, müsbət bir zəmin yarada bilər".Qeyd edək ki, dekabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin görüşü planlaşdırılır. Görüş Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti toplantısında baş tutacaq.

sia.az

Digər xəbərlər