"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbəri Əli Kərimlinin partiyasının adını dəyişməsi ilə bağlı məsələ dəfələrlə kütləvi informasiya vasitələrində müzakirə obyektinə çevrilib. Razi Nurullayevlə Əli Kərimli arasında ad üstündə olan mübahisələr də bu prosesləri daha da qabarıq hala salıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov deyib.Onun sözlərinə görə, vaxtilə Razi Nurullayevlə Əli Kərimli arasında çox sıx əməkdaşlıq olub: "Hətta onların dostluq münasibətləri 10 ildən çoxdur. Amma Əli Kərimlinin apardığı "partiya"nın daxili siyasəti, şəxsiyyətini hər şeydən üstün tutması, əldə olunan vəsaiti mənimsəməsi və s. zaman-zaman onun ətrafından yaxın insanları uzaqlaşmasına gətirib çıxarıb. Faktiki olaraq onun ətrafında siyasi cəhətdən yetkin insanların qaldığı görünmür. Əli Kərimlinin apardığı "siyasət" Razi Nurullayev kimi insanlara da təsir etdi. Bu gün Əli Kərimli partiyanı bir növ özünküləşdirib və mənsimsəyib. Hesab etmirəm ki, partiyanın adı dəyişə bilər. Əli Kərimliyə demək lazımdır ki, bu partiya sənin şəxsi malın deyil".
sia.az