PDF Oxu

Siyasət

  • 56

17 Noyabr Dirçəliş Gününə həsr olunmuş xeyriyyə tədbiri

17 Noyabr Dirçəliş Gününə həsr olunmuş xeyriyyə tədbiri

Özbəkistandakı Azərbaycan səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 17 Noyabr Dirçəliş Gününə həsr olunmuş xeyriyyə tədbiri keçirilib. Tədbirdə Daşkənddəki internat məktəblərinin 200-ə yaxın əlili və fiziki qüsurlu uşaqları iştirak etmişlər.

Əvvəlcə uşaqlara ölkəmiz haqqında məlumat verilmiş, sonra onlar Mərkəzdəki "Azərbaycan tarixi" və "Heydər Əliyev" muzeyləri ilə tanış olmuşlar. Tədbir çərçivəsində uşaqlara Azərbaycan və Özbəkistanın kiçik bayraqları və ölkəmiz adından hədiyyələr verilmişdir.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Samir Abbasov təşkil olunan xeriyyə tədbirinin əsas məqsədinin iki ölkə dostluğunun təbliği, uşaqlarda vətənpərvərlik hisslərinin aşlanması, onlara Azərbaycan haqqında bilgilərin verilməsinin olduğunu söyləmişdir. O, mərkəz tərəfindən bu cür layihələrin davam etdiriləcəyini, fiziki qüsurlu uşaqlar arasında istedadların üzə çıxarılmasına dəstək göstəriləcəyini bildirmişdir.

Daşkəntdəki 101 saylı şəhər İnternat Məktəbinin direktoru Gülçöhrə Axrarova çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini alqışlayaraq, Özbəkistan-Azərbaycan dostluğu haqqında danışmış, tədbir çərçivəsində uşaqların Azərbaycan haqqında xeyli biliklər əldə edəcəyini bildirmişdir.

Tədbirin bədii hissəsində "Odlar Yurdu Azərbaycan" sənədli filmi nümayiş olunmuş, Özbəkistanın İnternat Məktəbi şagirdlərinin hazıladığı rəqslər və çıxışlar təqdim olunmuşdur. Qeyd edək ki, tədbirdə özbək, Azərbaycan və dünya rəqsləri ifa olunmuşdur. Çıxışlar alqışlarla qarşılanmışdır.

Sonda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən internat məktəblərinin uşaqları milli yeməklərə qonaq edilmiş, onlara bir sıra milli yeməklərimiz və şirniyyatlar təqdim olunmuşdur.

ZÜMRÜD

Digər xəbərlər