"Hesab edirəm ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu tərəfindən təklif irəli sürülsə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsi birləşə bilər". Bunu SİA-ya təşkilat komitəsinin sədri Razi Nurullayev deyib.Onun sözlərinə görə, Azərbaycan siyasətində mümkün olmayan məsələ yoxdur: "Heç şübhəsiz ki, əgər xalqın maraqları bunu tələb edəcəksə, bizim təşkilatla Qubad İbadoğlunun təşkilatı birləşə bilər. Hələ ki, bu məsələ qarşı tərəfdən heç bir müraciət olmadığına görə reallaşmayıb. Əgər təşəbbüs olunarsa, bu, nəzərdən keçirilə bilər".
siaşaz