PDF Oxu

Siyasət

  • 57

Cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirən YAP ümumxalq partiyası olduğunu təsdiqləyib

Cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirən YAP ümumxalq partiyası olduğunu təsdiqləyib

Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibəti ilə YAP Nəsimi rayon təşkilatının Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC üzrə ərazi ilk partiya təşkilatının tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Onun xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov açaraq, Yeni Azərbaycan Partiyasının 23 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllində müstəsna xidmətlərindən danışıb. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb: "Bu müddət ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub. Bu sahədə işlərin məntiqi davamı olaraq paytaxt və bölgələrdə avtomobil yollarının yenidən qurulması layihələri uğurla həyata keçirilir".

Cəmiyyətin ərazi ilk partiya təşkilatının sədri, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədr müavini Əvəz Qocayev də hesabat məruzəsi ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyev irsinin və siyasi dühasının ən layiqli varisi Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri Cənab İlham Əliyevin ölkəmizin iqtisadi inkişafına, xalqımızın rifahının yüksəlməsinə göstərdiyi qayğıdan, gərgin və səmərəli fəaliyyətindən söz açıb: "Xalqa, vətənə və dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına töhfələr verməkdə davam edir".

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Mələhət İbrahimqızı ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışıb, Ümummilli Lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən bəhs edib: "Yeni Azərbaycan Partiyası yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib".

YAP Nəsimi rayon təşkilatının sədri Mələhət İbrahimqızı nitqini yekunlaşdıraraq partiyanın həyata keçirdiyi layihələrdə fəal iştirakına görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC üzrə ərazi ilk partiya təşkilatını diplomla təltif edib.

Daha sonra Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin ərazi ilk partiya təşkilatının gənclər birliyinin sədri Elnarə Rəşidova çıxış edərək, ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edən Azərbaycan gənclərinə böyük etimad göstərildiyini, diqqət və qayğının hər zaman olduğunu bildirib.

Sonda partiya sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər