PDF Oxu

Siyasət

  • 53

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı partiynın yaradılmasının 23-cü ildönümünü qeyd etdi

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı partiynın yaradılmasının 23-cü ildönümünü qeyd etdi

Dünən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı partiynın yaradılmasının 23-cü ildöünümü münasibətilə tədrbir keçirib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkili Mixail Zabelin və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov hakim partiyanın yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib: "Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır günlərində yaradılmış siyasi təşkilatdır. YAP yeganə partiyadır ki, yarandığı vaxtdan bir neçə ay sonra iqtidara gəlməyə müvəffəq olub. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbacan Partiyası bu gün regionun ən böyük siyasi təşkilatıdır".

Daha sonra çıxış edən YAP İcra katinbinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, XX əsrin 90-cı illərinin əvvəllərində xalqımız ağır sınaq qarşısında idi, ölkədə qardaş qırğını gözlənilirdi, xaos və anarxiya bütün ölkəni bürümüşdü: "Məhz belə bir zamanda 91 nəfər alim, ziyalı, akademik Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Çünki xalqımız da yaxşı bilirdi və dərk edirdi - bu ağır bəlalardan, vətəndaş müharibəsindən yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. Belə də oldu. 1992-ci il noyabrın 22-də 551 nəfərin iştirakı ilə Naxçıvan Dövlət Dram Teatrında Yeni Azərbaycan Partiyası təsis olundu. Mən özüm də təsis yığıncağının iştirakçısı idim. Qaranlıq, işıqsız bir zalda Ulu Öndər Heydər Əliyevin işığına yığışaraq tədbirimizi keçirdik. AXCP-Müsavat hakimiyyəti bütün metodlardan istifadə edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının qarşısını almaq istəyirdi. Hətta Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının formalaşmaması üçün o zamankı səriştəsiz iqtidar bütün vasitələrdən istifadə edirdi. YAP-ın Nizamnaməsini Ulu Öndər Heydər Əliyev şəxsən özü işləyib-hazırlamışdı. Bu günə qədər də Nizamnamədə bir söz, nöqtə, vergül belə dəyişməyib. Çünki 1992-ci ildə Ulu Öndərin yazdığı Nizamnamə təkcə həmin dövr üçün nəzərdə tutulmamışdı, bu, gələcəyə hesablanmış bir Nizamnamə idi. Məqsəd ölkədə sosial ədaləti bərpa etməkdən, xalqımızı təhlükələrdən uzaq tutmaqdan, möhkəm dövlət yaratmaqdan, azərbaycançılıq ideologiyasını formalaşdırmaqdan ibarət idi. Zaman sübut etdi ki, Nizamnamədə göstərilən bütün məsələlər öz reallığını tapdı. Bu gün Azərbaycanda sosial bərabərlik var, insanlar fəaliyyətləri ilə dövlətçiliyə, azərbaycançılıq ideologiyasına dayanmadan xidmət edirlər. Bu gün xalqımız Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşmişdir. 1992-ci ildə başqa partiyalar da var idi. Bəs indi onlar hardadırlar? Yoxdular, çünki onlar həmin dövr üçün kimlərinsə maraqlarına xidmət etmək üçün yaradılmışdılar. Amma YAP uzun illərdir ki, yorulmadan xalqa, dövlətçiliyimizin möhkəmləndirilməsi amallarına xidmət edir. Təsadüfi deyil ki, builki seçkilərdə də xalqımızın parlament seçkilərində YAP-ın namizədlərinə böyük etimad göstərdilər". Çıxış edən millət vəkili Mixail Zabelin Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yol haqqında ətraflı məlumat verib. YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov sonda çıxış edərək Azərbaycan xalqının ən keşməkeşli dövründə yaradılmış Yeni Azərbaycan Partiyasının cəmiyyətdə oynadığı rol haqqında ətraflı məlumat verib: "Belə ki, Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını təsis etməsi ilə cəmiyyətimizdə böyük bir siyasi inqilab baş verib. Hamı bir nəfər kimi bu partiyaya üz tutdu. Günü bu gün də partiyamızın sıraları durmadan artır".

Samir

Digər xəbərlər