PDF Oxu

Siyasət

  • 330

Heydər Əliyev üç qırğının qarşısını aldı

Heydər Əliyev üç qırğının qarşısını aldı

Tağı Əhmədov: "Heydər Əliyevin yeganə dayağı xalq idi"

"XX əsrin 90-cı illərində Azərbaycanda çox acınacaqlı vəziyyət yaranmışdı. O vaxt iqtidarda olan AXCP-Müsavat cütlüyü dövləti idarə edə bilmirdi. Ona görə də respublika qardaş qırğını, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayanmışdı. Azərbaycanda o qədər dərin xaos var idi ki, bunun qarşısını almaq qeyri-mümkün idi. Amma çıxış yolu var idi, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə ölkədə vəziyyət düzələ bilərdi. Yadınızdadırsa, o zaman insanların dilindən "Xalq Heydərlə, Heydər Xalqla", "Xalq H.Ə. deyir", "Heydər baba, xalqı bu bəladan qurtar" şüarları düşmürdü.

Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında Yeni Azəraycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib. O, qeyd edib ki, 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycana gəlməsi ilə əsas addım atılmış oldu: "Əbülfəz Elçibəy qaçıb gedəndən sonra iyul ayının 24-də Milli Məclis prezident səlahiyyətlərini icra etmək üçün Heydər Əliyevə veksel verdi. Daha sonra oktaybarın 3-də Heydər Əliyev Azərbyacan Respublikasının prezidenti seçildi. Bu zaman dövlət büdcəsi yox idi, ölkədə hərc-mərclik baş alıb gedirdi. Çünki AXCP-Müsavat cütlüyü büdcəni məhv etmişdi. Bir tərəfdən "Sadval" təşkilatı Quba, Qusar və Xaçmazı ələ keçirmək istəyirdi. Əlikram Hümbətov "Talış-Muğan Respublikası" yaratmaq istəyirdi. Heydər Əliyev 1969-cü ildən başlayaraq ermənilərin qarşısında tək sinə gərmişdi. O, 1993-cü ildə prezident olduqdan sonra da xalqa arxalanaraq düşmənlərin niyyətlərini puça çıxardı. Həmin dövrdə Ermənistanın himayədarlarının köməkliyi həddini aşmışdı, rayonlarımız bir-birinin ardınca işğal olunurdu. Bəzən rayonları qoyub qaçırdılar, müxalifətdən olan adamlar birbaşa camaatı aldadıb rayondan çıxarırdılar. Heydər Əliyev o vaxt demişdi ki, "gedin, baxın, əgər Zəngilanda bir nəfərin burnu qanayıbsa, mən prezident kimi günahkaram". Zəngilanda olan insanlar banklardakı pullarını götürdülər, ferma sahibləri təsərrüfatlarını əldə etdilər, heç kim heç nə itirmədi. Ulu Öndər Heydər Əliyevin dediklərinin hamısı düz çıxdı. 1994-cü ilin oktyabr ayında ölkədə gərgin vəziyyət yarandı. Surət Hüseynov dövlət çevrilişinə hazırlaşırdı. Ona görə də Heydər Əliyev Prezident Aparatının qabağına bütün xalqı yığaraq müraciət etdi ki, hər kəs prezidentlə olmaq istəyirsə, prezidentin dediklərinə də əməl etməlidir. 1995-ci ilin martında Heydər Əliyev dövlətə yıxmaq istəyən ikinci bir təhlükə ilə rastlaşdı. O, Bəxtiyar Cavadovdan xahiş etdi ki, övladlarını- Mahir Cavadovla Rövşən Cavadovu başa salsın, onlar dövlət çevrilişinə cəhd etməsinlər. Mafiyanın bir yolu var: ya məhv olmalıdır, ya da məğlub etməlidir. Başqa yol yoxdur. Ona görə də Rövşən Cavadov məhv oldu, Mahir Cavadov isə indiyə qədər də qaçıb xaricdə gizlənib. Heydər Əliyev prezident olduğu müddətdə 3 qırğının qarşısını aldı. Heydər Əliyev 1994-cü ilin mayında atəşkəs elan etdi, daha sonra, dünyanın əsas neft maqnatlarını Bakıya gətirdərək sentyabrın 20-də "Əsrin müqaviləsi"ni imzaladı. Ordu quruculuğuna başladı.

Bu gün Azərbaycansız heç bir yerdə heç bir layihə reallaşdırılmır. Azərbaycan yeni layihələr üzərində çalışır. Azərbacanı "prezidentləri qaçan dövlət" kimi tanıyırdılar. Vəzirov qaçdı, Mütəllibov qaçdı, Elçibəy qaçdı. Amma Ulu Öndər Heydər Əliyev çətinliyə sinə gərdi, xalqımzıın ən ağır günlərində yanında oldu. Dahi Öndər Heydər Əliyev irsini öyrənsin, onun həyat və fəaliyyətləri haqqında bilgili olsunlar ki, dövlətimizə, dövlətçiliyimizə daha mükəmməl şəkildə xidmət edə bilsinlər. Xalqa, dövlətə kömək etmək üçün, mütləq Heydər Əliyev məktəbini öyrənmək lazmdır. Bu gün bütün dünya üçün həssas məqamdır. Dünyada ədalətsizlik, təkcə ikili deyil, üçlü, dördlü, beşli standartlar hökm sürür. Amma Azərbaycan heç vaxt öz haqq mövqeyindən geri çəkilən deyil. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var, xalqımız Yeni Azərbaycan Partiyasının sıralarında Cənab Prezidentə dəstək nümayiş etdirirlər".

Samir

Digər xəbərlər