PDF Oxu

Siyasət

  • 37

ŞKTR-nın müstəqilliyinin 32-ci ildönümü qeyd olunub

ŞKTR-nın müstəqilliyinin 32-ci ildönümü qeyd olunub

Bu gün Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 32-ci ildönümü qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın millət vəkilləri, xarici dövlətlərin ölkəmizdəki səfirləri, türk iş adamları, siyasət və mədəniyyət xadimləri, ziyalılar və jurnalistlər iştirak edib. Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Sadəttin Topukçu çıxış edərək, Kipr Türklərinin tarixdə üzləşdiyi zülmlərdən bəhs edib. Aparılan mübarizənin sonunda 1983 ilində müstəqilliklərini əldə etdiklərini vurğulayıb. Kiprin günümüzdə əldə etdiyi nailiyyətlərdən də danışan Sadəttin Topukçu bunu Türkiyə Cumhuriyyətinə, ölkəni quran Rauf Denktaşa və şəhidlərə borclu olduğunu deyib.Daha sonra digər çıxış edənlər bütün Türk dünyasını Kiprin Türk Respublikasının müstəqilliyi münasibətilə təbrik edib. Türkiyənin və Kiprin acısının Azərbaycanın acısı, sevincinin isə Azərbaycanın sevinci olduğunu vurğulayıb. Şimali Kipr Türk Cumhuriyyətinin əldə etdiyi müstəqilliyin heç də asan əldə edilmədiyini qeyd edib. Azərbaycanın ermənilərin apardığı işğalçılıq siyasətindən əziyyət çəkən bir ölkə olaraq Şimali Kipr Türk Cumhuriyyətini yaxşı başa düşdüyünü ifadə edib. Barışdan yana olan hər iki ölkənin gələcəkdə uğurlarının daha da artmasını arzulayıb.Qeyd edək ki, tədbirin sonunda qonaqlar üçün ziyafət verilib.

sia.az

Digər xəbərlər