Türkmənistanın paytaxtı Aşqabad şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə gömrük xidməti idarələrinin rəhbər nümayəndələri arasında üçtərəfli görüş keçirilib.Görüşün məqsədi Türkmənistan, Azərbaycan Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin 28 yanvar 2015-ci il tarixindəki görüşü zamanı əldə edilən razılaşma çərçivəsində hər üç dövlətin gömrük təşkilatları arasında üçtərəfli əməkdaşlıq barədə görüşlərin təşkil edilməsi haqqında əldə edilmiş razılıq əsasında müştərək komissiya yaradılması barədə danışıqlar aparmaq olub.Üçtərəfli görüşdə Azərbaycanı Gömrük Komitəsinin İnkişaf proqramları və effektivliyin qiymətləndirilməsi üzrə Baş İdarəsinin rəisi İqbal Babayev və Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev təmsil ediblər.Toplantıda üç ölkənin gömrük xidməti sahəsində gördükləri işlər barədə məlumat verilib, bu xidmətin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadilələri aparılıb.Görüşdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə iştirak edib.
AZƏRTAC