PDF Oxu

Siyasət

  • 58

YAP xalqımızın milli maraqlarının ifadəçisi olan avanqard siyasi qüvvədir

YAP xalqımızın milli maraqlarının ifadəçisi olan avanqard siyasi qüvvədir

Dünən YAP Qusar rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri YAP Siyasi Şuranın üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov giriş sözü ilə açaraq partiyanın 23 illik fəaliyyətindən, keçdiyi inkişaf yolundan danışıb. Müasir dövrümüzdə iqtisadiyyatın dirçəldilməsində, ölkəmizdə aparılan geniş quruculuq işlərində YAP-ın rolunu diqqətə çəkən rayon təşkilat sədri Azərbaycanın ictimai-siyasi həyatındakı nailiyyətləri də vurğulayıb. O, qeyd edib ki, Azərbaycan müstəqillik tarixində çox uğurlara imza atmış, beynəlxalq miqyasda layiqincə təmsil olunmuşdur. Ulu Öndərin siyasi kursunu davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident Cənab İlham Əliyevin yorulmaz fəaliyyəti iqtidar partiyasına olan ümumxalq inamını daha da artırmış, onu ümumxalq partiyasına çevirmişdir: "Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında fəaliyyəti ilə lider partiya olaraq böyük uğurlara imza atıb. YAP-ın sıralarının sürətlə genişlənməsi ona olan xalqın inamının məntiqi nəticəsidir. Azərbaycanın xalqının müqəddaratını həll edən dünənin, bu günün, gələcəyin məsuliyyətini öz üzərinə götürən YAP-a üzv olmaq hər kəs üçün şərəfli, eyni zamanda, çətin və məsuliyyətli bir işdir. YAP bu gün ölkə daxilində deyil, eyni zamanda onun hüdudlarından kənarda belə yüksək mövqeyə malik olan siyasi qurumdur".

Təşkilat sədri hazırda YAP Qusar rayon təşkilatında 100 ərazi partiya təşkilatı birləşdiyini qeyd edərək, rayon təşkilatı üzrə üzvlərin sayının 5716 nəfərə çatdığını və onlardan 2450 nəfərinin qadınlar, 2518 nəfərinin isə gənclər təşkil etdiyini qeyd edib.

Tədbirdə YAP Qusar rayon təşkilatı qadınlar şurasının sədri Kəmalə Qlıçova, rayon təşkilatı gənclər birliyinin üzvü Vadim Fərzəliyev çıxış edərək müstəqilliyimizin ilk günlərinin Azərbaycan tarixində hərc-mərclik, böhran dövrü kimi qaldığını bildiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışdan sonrakı Azərbaycan dirçəliş, inkişaf dövrünü yaşayıb. Həmin dövrdən başlayaraq, ictimai-siyasi vəziyyət bərpa olunub və Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan dirçəliş yoluna qədəm qoyub, uğurlu nailiyyətlərə imza atıb. Bu gün Dahi Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin məhz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurlu davam etdirildiyi bildirilib.

Tədbirin sonunda partiya fəallarına fəxri fərman və qiymətli hədiyyələr verilib.

Sonra YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər