PDF Oxu

Siyasət

  • 40

Şəmkirdə YAP-ın 23-cü ildönümü qeyd olunub

Şəmkirdə YAP-ın 23-cü ildönümü qeyd olunub

Dünən müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə YAP Şəmkir rayon təşkilatında geniş tədbir keçirilib. YAP Şəmkir rayon təşkilatı qərargahının akt zalında keçirilən görüşü rayon təşkilatının sədri Fəxrəddin Vəliyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib və partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə geniş məlumat verib.

YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının sədr müavini Aybəniz Nəsibova çıxışında partiyanın yaranma tarixinə nəzər salaraq qeyd edib ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmiş, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr veribdir.

YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Nürəddin Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırmış, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olmuşdur.

Sonda çıxış edənlər YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski, mərkəzi xəstəxana ilk partiya təşkilatının sədri Abdulla Rzayev, Şəmkir şəhər İƏD ərazi ilk partiya təşkilatının sədri Nizami Qurbanov, YAP Şəmkir rayon şurasının üzvü Şaməddin Abdullayev, Şəmkir rayonu Kür qəsəbə İƏD ərazi ilk partiya təşkilatının sədri Yusif Mehtiyev və digərləri Yeni Azərbaycan Partiyasının 23 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışıblar. Çıxış edənlər Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıblar.

R.HÜSEYNOVA

Digər xəbərlər