PDF Oxu

Siyasət

  • 50

Mais Səfərli: “Pənah Hüseynin istəyi gündəmdə olmaqdır” AÇIQLAMA

Mais Səfərli: “Pənah Hüseynin istəyi gündəmdə olmaqdır” AÇIQLAMA

"Nəsə yaratsalar belə, onun da taleyi də öncəkilər kimi acınacaqlı olacaq". Bu fikirləri SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli deyib.Partiya sədrinin bildirib ki, tarixin siyasi səhifələrinə nəzər yetirsək görə bilərik ki, seçkilərdə məğlubiyyətə uğrayan müxalifət bunun ardınca hansısa bir qurum yaradıb onun ətrafında birləşməyə cəhd göstəriblər: "Amma cəhdləri nəticəsiz qalıb. Müəyyən hansısa bir qurum yaratsalar belə bu qurumun fəaliyyətsiz olduğunun şahidi olmuşuq".Dağıdıcı müxalifətin hazırkı vəziyyətini qiymətləndirən Mais Səfərlinin sözlərinə görə, müxalifət qüvvələrinin nüfuzunun göstəricisini xalqın seçdiyi Milli Məclis üzvlərinin tərkibinə baxdıqda görə bilərik: "Orada bir neçə müxalifət üzvünün təmsil olunduğunun şahidi oluruq. Belə olan halda bir-biri ilə qarşıdurma vəziyyətində olan partiyaların mərkəzi blokda birləşməsi absurd görünür".O, xüsusilə vurğulayıb ki, müxalifət elə bir vəziyyətdədir ki, heç öz adını qoruyub saxlaya bilmir: "Onun vahid mərkəzdə birləşib hansısa blok yaratması qeyri-mümkündür. Pənah Hüseynin təklif etdiyi vahid mərkəzdə birləşmək ideyası sadəcə gündəmdə olmaq istəyindən başqa bir şey deyil".

sia.az

Digər xəbərlər