PDF Oxu

Siyasət

  • 42

ABŞ Ticarət Departamenti Azərbaycanın vergi sistemində aparılan islahatları yüksək qiymətləndirir

ABŞ Ticarət Departamenti Azərbaycanın vergi sistemində aparılan islahatları yüksək qiymətləndirir

Amerika-Azərbaycan Ticarət Palatasının təşəbbüsü ilə Vergilər Nazirliyində ölkəmizdə səfərdə olan ABŞ Ticarət Departamentinin və bu ölkəni təmsil edən şirkətlərin nümayəndələrinin ticarət missiyasının rəhbəri, ABŞ ticarət katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini cənab Maykl Lalli ilə görüş keçirilib.Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirin birinci müavini Natiq Əmirov ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında məlumat verib. O, həmçinin Amerika-Azərbaycan Ticarət Palatası və digər ictimai təşkilatlar ilə mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən söz açıb.Vurğulanıb ki, Azərbaycanda həyata keçirilən vergi siyasəti biznes mühitinin təkmilləşdirilməsinə xidmət edir. Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir. Vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanun layihələri hazırlanarkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, ictimai təşkilatların rəyləri nəzərə alınır.Maykl Lalli Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək səmimi qəbula görə minnətdarlığını bildirib. O, vergi sisteminin təkmilləşdirilməsinə yönəlmiş islahatları, bu sahədə texniki imkanların genişləndirilməsi, vergi sistemi və inzibatçılığının rəqabət qabiliyyətliliyinin təmin edilməsi, iqtisadiyyatın strukturunun formalaşması, innovasiyaların dəstəklənməsi siyasətində vergilərin stimullaşdırıcı rolunun artırılması ilə bağlı Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Digər xəbərlər