PDF Oxu

Siyasət

  • 39

Ağdamda yeni subartezian quyuları istifadəyə verilib

Ağdamda yeni subartezian quyuları istifadəyə verilib

Ağdam rayonunun işğal edilməmiş ərazilərində əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları istifadəyə verilir.AZƏRTAC xəbər verir ki, rayonun Kolqışlaq və Kiçikli kəndlərində yeni qazılmış subartezian quyularının istifadəyə verilməsi münasibətilə tədbirlər keçirilib. Çıxış edənlər cəbhə xəttində yaşayan əhalinin problemlərinin həlli, o cümlədən suvarma və içməli suya olan tələbatlarının ödənilməsi sahəsində görülən işlərdən danışıblar.Bildirilib ki, Ağdam rayonunun 35,3 min hektar əkin sahəsi 794 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 365 kilometr suvarma kanalı, 46,6 kilometr kollektor-drenaj şəbəkəsi, 177 ədəd hidrotexniki qurğu vasitəsilə suvarma suyu ilə təmin edilir. Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, cari ildə rayonun Qaradağlı, İkinci Yüzbaşılı, Paşabəyli, Çəmənli, Sarıcalı, Kiçikli, Böyükbəyli, Alıbəyli, Ballar, Qəhrəmanbəyli, Kolqışlaq, Ayaq Qərvənd, Əfətli, Üçoğlan kəndlərində və Ergi ərazisində 20 subartezian quyusu qazılıb. Yeni quyuların istifadəyə verilməsi əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdıracaq və məhsuldarlığın yüksəldilməsinə zəmin yaradacaq.Tədbirdə çıxış edən kənd sakinləri cəbhə xəttində yaşayan əhaliyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC

Digər xəbərlər