PDF Oxu

Siyasət

  • 61

Mətbuat rəhbərləri BMM-də toplandı

Mətbuat rəhbərləri BMM-də toplandı

Mətbuat Şurası "Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış" mövzusunu müzakirəyə çıxarıb

Beynəlxalq Mətbuat Mərkəzində "Media və məsuliyyət: mövcud durum və perspektiv vəziflərə baxış" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə qəzet baş redaktorları, informasiya agentliklərinin, internet xəbər saytlarının baş redaktorları, jurnalist təşkilatlarının təmsilçiləri və ictimai xadimlər iştirak edirlər.Tədbirdə son günlər bəzi media orqanlarında əsasən də internet informasiya resurslarında bir sıra dövlət qurumları ilə bağlı yayılan məlumat və şərhlərin cəmiyyətdə yaratdığı vəziyyət müzakirə olunur. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bəzi kütləvi informasiya vasitələrində ajiotaj yaradan xəbərlərdən narahatlıq duyduqlarını qeyd edib.

sia.az

Digər xəbərlər