PDF Oxu

Siyasət

  • 52

YAP monolitliyi ilə daima öndə gedən siyasi təşkilatdır

YAP monolitliyi ilə daima öndə gedən siyasi təşkilatdır

Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə YAP Kürdəmir rayon təşkilatında tədbir keçirilib. Tədbir iştirakçıları ilk olaraq rayon təşkilatının qərargahında Ümummulli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək, əziz xatirəsini ehiramla yad ediblər.

Qərargahın akt zalında keçirilən tədbirdə YAP Kürdəmir rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və cəmiyyətdə aparıcı rolundan danışıb. Bildirib ki, YAP-ın Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlar ötən 23 il ərzində partiyanın cəmiyyətdə artan nüfuzunu daha da artırıb.

A.Kərimli YAP Kürdəmir rayon təşkilatının partiyanın məqsəd və maraqlarını əldə rəhbər tutaraq, partiyanın daha da inkişaf etdirilməsi naminə məqsədyönlü işlər gördüyünü vurğulayıb: "Hazırda YAP Kürdəmir rayon təşkilatının 8436 nəfər partiya üzvlərindən 3051 nəfəri qadınlar, 3745 nəfərini gənclər təşkil edir. Partiyaya qəbul olunanların keyfiyyət tərkibinə diqqət artırılmış, xüsusilə də qəbul olunanlar arasında gənclər və qadınlar çoxluq təşkil edir".

Tədbirdə YAP Kürdəmir rayon təşkilatının idarə heyətinin üzvləri İlham Həmidov, Valeh Qaraşov, YAP-ın veteran üzvləri Həsən Hidayətov, Vahid Əliyev, rayon ziyalılar cəmiyyətinin sədri Sabir Novruzov, rayon təşkilatının qadınlar şurasının sədri Sevda Hacıyeva, rayon təşkilatının gənclər birliyinin sədri Daşqın Rüstəmov çıxış edərək YAP-ın keçdiyi keşməkeşli tarixi yoldan danışaraq qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutduğunu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildiyini bildiriblər. Qeyd ediblər ki, bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurlu inkişaf yolunda monolitliyi ilə daima öndədir.

A.SƏMƏDOVA

Digər xəbərlər