PDF Oxu

Siyasət

  • 54

Yeni Azərbaycan Partiyası hələ qarşıda daha çox qələbələr qazanmaq iqtidarındadır

Yeni Azərbaycan Partiyası hələ qarşıda daha çox qələbələr qazanmaq iqtidarındadır

Tanınmış ictimai-siyasi xadimlər partiyanın 23-cü ildönümü ilə bağlı təəssüratlarını bölüşüblər

Yeni Azərbaycan Partiyasının 23-cü ildönümü xalqımız tərəfindən böyük fərəh və qürur hissi ilə qeyd olunur.

Tanınmış ictimai-siyasi xadimlərimiz, millət vəkillərimiz də bizimlə öz təəssüratlarını bölüşərkən deyiblər ki, Yeni Azərbaycan Partiyası öz sözünü ölkə daxilində olduğu kimi, artıq beynəlxalq aləmdə də deməkdədir. Bu isə siyasi təşkilatın artıq dünyada da mötəbər partiya kimi tanınmasının göstəricisidir.

Millət vəkili Rauf Əliyev:

- Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 23 illik fəaliyyəti dövründə ölkəmizin yeniləşməsində, müasirləşməsində əvəzsiz rol oynayıb. İlk növbədə isə, bir faktoru unutmamalıyıq ki, Azərbaycanın ağır vaxtlarında yaranan partiyaya xalq ümidlə baxırdı. Çünki bu partiyanın qurucusu böyük dövlət xadimi, bütün dünyada tanıınan, hörmət göstərilən Ulu Öndərimiz Heydər Əliyev idi.

Bu baxımdan, partiyanın hər bir üzvü ötən 23 illik tarixlə qürur hissi və fərəh duymalıdır. YAP yaradılarkən qarşıda duran əsas vəzifə güclü dövlətin, mükəmməl cəmiyyətin yaradılması idi. Artıq bu vəzifə yerinə yetirilib, bundan sonra da yetirilməkdə davam edəcəkdir. Bu vəzifəni yerinə yetirən isə Partiyanın Sədri, Prezident İlham Əliyev Cənablarıdır. Xalqının Ona göstərdiyi sonsuz etimadı doğruldan Prezident İlham Əliyev hər an, hər dəqiqə ölkənin inkişafı və tərəqqisi barədə düşünür, xalqın daha yaxşı yaşaması üçün əlindən gələni əsirgəmir. Biz bunu həm daxili siyasətdə, həm də xarici siyasətdə görürük. Beləlkilə, Onun siyasətinin dəstəklənməsi, həm də xalqın bu siyasət ətrafında sıx birləşməsinin sübutudur. Bu gün partiyanın sıralarında 650 min üzvün birləşməsi də bunun təsdiqidir. Heç bir daxili və ya xarici qüvvə bu vəhdəti pozmaq qüdrətində deyil. Yeni Azərbaycan Partiyası da öz fəaliyyəti ilə bu faktoru əsas tutaraq, yaınız qələbə və zəfərlərə doğru irəliləyir. Partiyamıza bu şanlı yolda uğurlar arzi edirəm.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər