PDF Oxu

Siyasət

  • 63

YAP Goranboy rayon təşkilatında partiyanın 23-cü ildönümü qeyd olundu

YAP Goranboy rayon təşkilatında partiyanın 23-cü ildönümü qeyd olundu

Dünən Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı partiyanın yaranmasının 23-cü ildönümü münasibəti ilə tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq, xatirəsini yad ediblər.

Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Nizaməddin Quliyev partiyanın yaranma tarixindən və onun nailiyyətlərindən danışaraq bildirib ki, Yeni Azərbaycan Partiyası və onun böyük lideri, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəyədi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə dinamik inkişaf edən, regionun lider dövlətinə çevrilən müasir Azərbaycandan danışa bilməzdik: "Ulu Öndər Heydər Əliyev və Onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi hakimiyyətə gəldikdən sonra xalqın arzusunda olduğu milli dövlət modelini uğurla formalaşdırmağa nail oldu. 2003-cü ildən alternativi olmayan bu siyasəti uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu daha da möhkəmləndirdi. Bu mənada, YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətinin ideal təzahürüdür".

YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova sıxış edərək YAP-ın 23 illik fəaliyyəti barədə geniş məlumat verib. O, qeyd etdt ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqımız ona bəslədiyi ümidləri layiqincə doğrulda bilib: "Əlbəttə, bu illər ərzində partiyamız hər cür manelərə, çətinliklərə və təqiblərə rast gəlib, lakin bu imtahanlardan üzüağ çıxıb, qarşısına qoyduğu məqsədlərə nail olub. Yarandığı gündən indiyə kimi, şərəfli bir yol keçən, Ulu Öndər Heydər Əliyevin, daha sonar isə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sədrliyi ilə fəaliyyət göstərən YAP-ın xalq qarşısında xidmətlərinin nəticələri göz qabağındadır".

Tədbirdə çıxış edən Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu və yaratdığı Müstəqil Azərbaycan bu əsrdə də daha yüksək zirvələr fəth edəcəkdir: "Buna bizim gücümüz, qüdrətimiz, potensialımız və monolit birliymiz əsas verir. Bu birliyimizin başında isə Heydər Əliyev siyasi kursunun laiqli davamçısı, dərin zəkaya, böyük siyasi iradəyə malik möhtərəm Prezidentimiz, YAP-ın Sədri Cənab İlham Əliyev durur".

Nizaməddin Quliyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə partiyanın bütün üzvlərini təbrik etdi və müstəqil Azərabaycanın möhkəmləndirilməsi, tərəqqisi yolunda nailiyyətlər arzu etdi.

Tədbirdə rayon Ağsaqqalar Şurasının sədri Məzahir Zeynalov, rayon gənclər birliyinin sədri Həsən Şirinov, qadınlar şurasının sədri Zülfiyyə Qarayeva gənclərə və qadınlara göstərilən diqqət və qayğıdan danışdılar qeyd etdilər ki, YAP-ın Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi strategiya uzun illər Azərbaycanın davamlı inkişafını təmin edəcək, dünya ölkələri sırasında Azərbaycanın mövqeyi daha da möhkəmlənəcəkdir.

Tədbirin sonunda bir qrup YAP üzvlüyünə yeni qəbul olanlara vəsiqələr, YAP veteranlarına qiymətli hədiyyələr təqdim edilib, YAP fəalları isə fəxri fərmanlarla təltif olunublar.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər