PDF Oxu

Siyasət

  • 33

Yeni Azərbaycan Partiyası 23-cü ildönümünü qeyd edir

Yeni Azərbaycan Partiyası 23-cü ildönümünü qeyd edir

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov: "Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının siyasətini dəstəkləyir və bundan sonra da dəstəkləyərək, ölkəmizin daha güclü, qüdrətli olması naminə xalq-dövlət vəhdətində cəmləşəcək"

"Ötən 23 ildə Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 700 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir". Bu fikirləri "SƏS" qəzetinə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının təsis olunmasının 23-cü ildönümü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

"Azərbaycan dövləti son illərdə sürətlə inkişaf edir, xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır və bu faktor əhəmiyyətli və möhkəm baza əsasında formalaşıb"

Onun qeyd etdiyinə görə, Yeni Azərbaycan Partiyası 23 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq, daim fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb: "Azərbaycan dövləti son illərdə sürətlə inkişaf etdir, xalqımızın rifah halının daha da yqaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır və bu faktor əhəmiyyətli və möhkəm baza əsasında formalaşıb. Bizim hər birimiz bu dəyişilikləri müşahidə etməkdəyik. Bu dəyişikləri təyin etmək üçün ən yaxşı üsullardan biri müqayisəli təhlil aparmaqdır. Əgər ölkəmizin indiki reallıqlarını və gerçəkliklərini 20 il, 15 il, 10 il bundan əvvəlki Azərbaycanın gerçəklikləri ilə müqayisə etsək, nə qədər böyük dəyişikliklərin və irəliləyişlərin şahidi olacağıq. Beləliklə, biz yeni Azərbaycanın yaradılmasının, güclü Azərbaycanın formalaşdırılmasının bilavasitə şahidləriyik".

"Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlər məhz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti nəticəsində mümkün olmuşdur"

Siyavuş Novruzov ölkəmizdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə qazandığını xatırladaraq, bunu xalqın hakim partiyaya olan inamından və etimadından qaynaqlandığını vurğulayıb: "Ötən bir neçə ildə Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlər məhz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti nəticəsində mümkün olmuşdur. Bütün bunların hamısı isə ilk növbədə, xalqın Onu dəstəkləməsi fonunda reallaşdırılmışdır. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının siyasətini dəstəkləyir, bundan sonra da dəstəkləyərək, ölkəmizin daha güclü və qüdrətli olması naminə xalq-dövlət vəhdətində cəmləşəcək. Bu amil özünü keçirilən bütün seçki kapmaniyalarında da təsdiq etməkdədir".

"Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük bir ordu təşkil edirlər"

YAP İcra katibinin müavini gənc nəslin də hakim partiyaya dəstək verdiyini xatırladıb. Belə ki, bu amilin yaranmasının daha bir tərəfi dövlətin gənclərə olan qayğısıdır: "Bu, ondan xəbər verir ki, Azərbaycan cəmiyyəti gənc, cavan bir cəmiyyətdir. Azərbaycanın gənc nəsli yüksək təhsil alır, müasir dünyagörüşünə sahibdirlər, dünyanın ən müasir texnologiyalarına yiyələnirlər. Beləliklə də, Azərbaycanın gələcək inkişafının təmin olunmasında ən müasir insanlar kimi, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdırlar. Yeni Azərbaycan Partiyasının sıralarında da kafayət qədər həm say etibarilə, həm də öz fəallıqları ilə seçilən gənclər vardır. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 700 minə yaxın üzvünün 250 minə yaxını gənclərdir. Demək, Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük bir ordu təşkil edirlər. Bu da Yeni Azərbaycan Partiyasının güc və qüdrət mənbələrindən birini təşkil edir".

Hər bir YAP üzvünü partiyamızın yaranmasının 23-cü ildönümü ilə bağlı təbrik edir, davamlı uğurlar, qələbələr və zəfərlər arzulayıram.

İntizarə MƏMMƏDOVA

Digər xəbərlər