PDF Oxu

Siyasət

  • 54

YAP Zərdab rayon təşkilatında partiyanın 23-cü ildönümü qeyd edilib

YAP Zərdab rayon təşkilatında partiyanın 23-cü ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü partiyanın Zərdab rayon təşkilatında qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstləri qoyublar. Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova partiyanın 23 illiyinə həsr olunmuş "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" mövzusunda məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb: " Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış Lideri və Müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Ulu Öndərdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Bu proses partiyanın gücünü və nüfuzunun artırılması, Ümummilli Liderimizin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Partiyaya rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıqla davam etdirildi və bütün bunların nəticəsidir ki, bu gün Yeni Azərbaycan Partiyası siyasi gücünü əhəmiyyətli dərəcədə artıraraq, ölkənin siyasi mühitinin hakim təşkilatına çevirilib".

Daha sonra Ulu Öndərin partiya və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarxı nümayiş olunub.

Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev partiyanın yaranma tarixi, fəaliyyəti barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşərək Ulu Öndər Heydər Əliyevin və Onun layiqli siyasi varisi, YAP-nın Sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri barədə geniş, məzmunlu məruzə ilə çıxış edib.

Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edilib.

İntizarə Məmmədova

Digər xəbərlər