PDF Oxu

Siyasət

  • 44

Novruz Məmmədov: "YAP yarandığı gündən bu günə qədər inkişafdadır"

Novruz Məmmədov: "YAP yarandığı gündən bu günə qədər inkişafdadır"

"Bu gün Yeni Azərbaycan Partiyası (YAP) tək Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında deyil, beynəlxalq aləmdə ən mütəşəkkil və qarşısında açıq-aydın xalqa və dövlətlə bağlı məqsədlər qoyan bir partiyadır. Bu gün partiyanın indiki vəziyyəti də bunu açıq-aydın nümayiş etdirir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov YAP-ın yaranmasının 23-cü ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.

PA rəhbəri müavininin sözlərinə görə, YAP yarandığı gündən bu günə qədər daim inkişafdadır: "Partiya Azərbaycan dövlətinin, dövlətçiliyinin, ölkə xalqının rifahının, sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin olunması üçün əlindən gələni edir. Məhz buna görə də partiya getdikcə güclənir. YAP bu gün artıq regionda ən böyük partiyalardan biridir. Bu, həm onun üzvlərinin, həm də partiyanın daxili qətiyyəti, durumu, mütəşəkkilliyi, səfərbərliyi və həmrəyliyi ilə bağlıdır. Təbii ki, bu isə çox böyük hadisədir. Düşünürəm ki, YAP-ın yaranma zərurəti isə o dövrdə Azərbaycanın tamamilə dünya səhnəsindən getməsinin qarşısını almaq məqsədilə gəlmişdi".

N.Məmmədov əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan siyasi səhnəsinə xalqın təkidi, təklifi, dəvəti ilə gəlməsi partiyanın yaradılması üçün bir əsas yaratdı: "İnsanlar düşündülər ki, Ulu Öndər Heydər Əliyev kimi dahinin bu ölkəyə rəhbərlik etməsini bu partiyanın köməyi ilə davam etdirmək lazımdır. Məhz bu nöqteyi-nəzərdən həmin dövrdə zərurətlər çox olub. Bu zərurətlərdən biri Ümummilli Liderin Azərbaycana qayıdışı və dövlət rəhbərliyinə gəlməsi, digəri isə YAP-ın yaradılması idi. Sözün həqiqi mənasında bunlar da o dövrün çox mühüm hadisələri idi".

CEYHUN RASİMOĞLU

Digər xəbərlər