"Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının (YAP) yaranması böyük hadisədir". Bunu SİA-ya millət vəkili Nizami Cəfərov YAP-ın yaranmasının 23-cü ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.Onun sözlərinə görə, YAP-ı xalqın maraqları, siyasi dünyagörüşü, yaradıb: "Bir sözlə, hakim partiyanı Ümummilli Lider Heydər Əliyev və onun iradəsi yaradıb. Müstəqil Azərbaycanın mövcud olmasının özü YAP-ın tarixinin nə qədər zəngin və məhsuldar olduğunu göstərir. Bu gün Azərbaycan artıq elə bir möhkəm təməllər üzərindədir ki, buna onun iqtisadi, mənəvi, mədəni və bir sıra digər sahələrdə qazandığı uğurları göstərə bilərik".
sia.az