PDF Oxu

Siyasət

  • 51

Elşad Mirbəşiroğlu: “İşğal olunmuş ərazilər cinayət poliqonuna çevrilib” AÇIQLAMA

Elşad Mirbəşiroğlu: “İşğal olunmuş ərazilər cinayət poliqonuna çevrilib” AÇIQLAMA

"Ermənistanın işğal altında saxladığı ərazilərdə ciddi genişmiqyaslı cinayət əməlləri törədilir. Bunlara terrorçuların yetişdirilməsi, çirkli pulların yuyulması, narkotrafik kimi cinayətlər daxildir. Həmin ərazilər hüquqi cəhətdən Azərbaycana məxsusdur və dövlətimiz istədiyi zaman öz hüquqi torpaqlarında qanunsuzluqların qarşısını almaq üçün hərbi əməliyyatlar apara bilər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Politoloq bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində ədalətli yolla həllində Azərbaycan tərəfi öz üzərinə düşən addımları atır: "Münaqişənin dinc yolla tənzimlənməsi mümkün olmayacağı təqdirdə dövlətimiz hərbi yoldan istifadə hüququna sahibdir. Böyük güclərin ikili standartlarla çıxış etməsi və Ermənistanın qeyri-konstruktiv mövqe sərgilməsi ucbatından münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycan beynəlxalq ictimaiyyətin bu məsələdə prinsipial mövqe ortaya qoymasını ciddi şəkildə tələb edir. Əks təqdirdə regionda genişmiqyaslı müharibə qaçılmaz olacaq. Bunun üçün Azərbaycanın həm hüquqi, həm də mənəvi haqqı vardır. Öz torpaqlarını işğaldan azad etmək üçün Azərbaycanın kifayət qədər hərbi, siyasi və iqtisadi gücü mövcuddur".Elşad Mirbəşiroğlunun sözlərinə görə, rusiyalı və amerikalı rəsmilər Azərbaycanın müharibə ritorikasından ciddi narahatlıq keçirirlər: "Onlar başa düşürlər ki, Azərbaycanın mövcud potensialı qalibiyyətli müharibə aparmağa imkan verir. Eyni zamanda müharibə baş verəcəyi təqdirdə onların geosiyasi və geoiqtisadi maraqlarına ciddi zərbə vuracaq. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində hər hansı hərbi və yaxud anti-terror əməliyyatları aparacağı təqdirdə Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının buna müdaxiləsi üçün heç bir hüquqi maddə göstərilməyib".

sia.az

Digər xəbərlər