PDF Oxu

Siyasət

  • 62

Ağcabədidə YAP-ın yaranmasının 23 illiyi qeyd olunub

Ağcabədidə YAP-ın yaranmasının 23 illiyi qeyd olunub

Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayon ərazisindəki Heydər Əliyev meydanına gələrək, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək, Onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Ağcabədi "Qarabağ Muğam" Mərkəzində davam etdirilən tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının qadınlar şurasının sədri Naibə Mustafayeva çıxış edərək, partiyanın yaranma tarixi, keçdiyi siyasi yol, mübarizələrdə mətinləşən təşkilat kimi ölkənin ictimai-siyasi həyatında oynadığı roldan danışıb.

Ağcabədi rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək tədbir iştirakçılarını və bütün siyasi həmfikirlərini partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə təbrik edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün öz sıralarında 650 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının ölkəmizdə xalqa söykənən ən böyük siyasi bir qüvvə olduğunu vurğulayıb.

Natiq YAP Sədri, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi cəhətdən inkişaf etdiyini, əhalinin maddi rifah halının yüksəldiyini, siyasi sabitliyin və tolerantlığın bərqərar olduğunu, beynəlxalq aləmdə söz sahibinə, hüquqi və dünyəvi bir dövlətə çevrildiyini qeyd edərək, ictimai-siyasi sabitliyi qorumaq üçün əsl vətəndaş mövqeyi nümayiş etdirərək, kənar müdaxilələrə qarşı sayıq olmağı tövsiyə etdi.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədr müavinləri Teymur Rəhimov, Eldəniz Qənbərov və bir sıra YAP-ın fəalları rayonun partiya həyatında səmərəli fəaliyyətlərinə görə, həmçinin YAP-ın yaranmasının 23-cü ildönümü münasibətilə keçirilən informasiya və kommunikasiya texnologiyalarının inkişafı mövzusunda rayonlararası bilik yarışmasında I yer tutmuş Ağcabədi Pedaqoji Kollecinin "Qarabağ" komandası və Ağcabədi rayon komandaları arasında İntellektual Oyun Müsabiqəsində Ağcabədi rayonu üzrə I yer tutmuş Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının "Gənc Liderlər" komandası Fəxri Fərmanla təltif edilib.

Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş bir qrup gəncə YAP-ın vəsiqələri təntənəli surətdə təqdim edilib.

Tədbir Ağcabədi rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı ədəbi-bədii proqramla davam etdirilib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər