Yeni Azərbyacan Partiyası (YAP) İmişli rayon təşkilatında partiyanın yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının tarixində çox əlamətdar bir gündür: "Müstəqil Azərbaycan Respublikasının çağdaş tarixinin mürəkkəb bir dövründə yaranan və çox qısa bir müddətdə bütün çətinlikləri arxada qoyub, ölkəmizin muasir dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilməsinin siyasi özünü işləyib hazırlayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 23 illiyini qeyd edirik. Qeyd etməliyəm ki, ilk dəfə 1992-ci il noyabrın 21-də qədim Naxçıvan torpağında 21-ci əsrin görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası məhz Dahi Öndərimizin müdrik və uzaqgörən siyasəti, yüksək təşkilatçılıq fəaliyyəti sayəsində çətin sınaqlara mərdliklə sinə gələrək şərəfli mübarizə yolu keçmişdir. Bu illər ərzində Yeni Azərbaycan Partiyası demokratik və hüquqi cəmiyyət quruculuğu sayəsində böyuk uğurlar əldə etmiş, respublikamızın ictimai-siyasi həyatında hakim və aparıcı qüvəyə çevirilmişdir. Sözün əsl mənasında, Azərbaycan xalqının gündən-günə daha da yaxşılaşmaqda olan həyat tərzi Ulu Öndər Heydər Əliyevlə müəyyən olunan uğurlu siyasətin bəhrəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin zəhmətinin, səyinin, möhkəm iradəsinin və öz vətəninə olan sarsılmaz sədaqətinin bilavasitə nəticəsidir".
YAP İmişli rayon təşkilatının idarə heyətinin üzvü Əbülfət Məmmədov və şura üzvü Həsən Hüseynov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, onun təşəkkül tapmasından geniş və ətraflı danışıblar. Bildirilib ki, YAP-ın yaranmasını şərtləndirən və bir-birinə bağlı olan iki amili mövcuddur. Birincisi, insanların Ulu Öndər Heydər Əliyevə olan inamı, Azərbaycanın gələcəyini Ümummilli Lider Heydər Əliyevin qüdrətində görməsi idi . İkinci amil isə, ölkədə gündən-günə dərinləşən böhranın qarşısını almaq yollarının axtarışlarından ibarət idi. Bu iki amil əsasında da Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyasınin həyata kecirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir,yüksəlir, iqtisadiyyatın inkişafı ilə yanaşı, təhsildə və vətəndaşların sosial - rifah halında ciddi dəyişikliklər baş verir".
YAP İmişli rayon təşkilatı qadınlar şurasının üvü Aidə Məcidova çıxışında vurğulayıb ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi ucbatından ölkədə xaos və ictimai-siyasi böhran meydana gəlişdi. "Belə bir zamanda respublikanı bu ağır ictimai-siyasi böhrandan çıxarmaq üçün güclü siyasi liderə ehtiyacı vardı. Belə bir siyasi lider o vaxtki Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idi".
Tədbirdə "Xalq Sözü" qəzetinin baş redaktoru Səməd İsmayılov və təşkilat sədri İldırım Musayev çıxış edərək partiyanın yaranması tarixindən geniş fikirlər söyləyiblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev irsinə nəzər saldıqda birmənalı şəkildə görmək olur ki, Ulu Öndərin banisi olduğu və ən başlıcası, məharətlə reallaşdırdığı yeni dövlət modelinin əsaslarından birini demokratiya və vətəndaş cəmiyyəti məsələsi təşkil edir.
Samir