PDF Oxu

Siyasət

  • 65

Yeni Azərbaycan Partiyasının 23 illiyi bölgələrdə qeyd edilib

Yeni Azərbaycan Partiyasının 23 illiyi bölgələrdə qeyd edilib

GƏNCƏ

Gəncə şəhər icra hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə YAP-ın yaradılmasının 23 illiyinə həsr edilmiş ağac əkmə aksiyası keçirilib. Tədbirdə YAP Gəncə şəhər təşkilatı idarə heyətinin üzvləri, partıya fəalları və gənclər iştirak ediblər. Gəncənin rəmzi sayılan 23 ədəd xan çinar və 500 ədəd Eldar şamı ağacı Ulu Öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park-Kompleksinin ərazisində əkilib. Əkilən ağacların məhz xan çinar olması təsadüfi deyil. Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyev 1980-ci ildə burada çinar ağacları əkib. Bununla yanaşı, ərazi alaq otlarından təmizlənib və əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib. Ağacların avtomatik damcı üsulu ilə suvarılması üçün xüsusi qurğular quraşdırılıb.

ASTARA

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Astara rayon təşkilatının konfrans zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə partiya fəalları, ziyalılar, idarə-müəssisə rəhbərləri və gənclər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Toplantını giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan siyasi təşkilatdır: "Tarixi zərurətdən yaranan təşkilatları isə xalqın gücü və iradəsi ilə təsis edirlər ki, burada YAP-ın ən ali məqamda dayanması deyilənlərin bariz nəticəsidir. Partiyanın ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər. Partiya yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən ali tutduğunu bəyan etdi və qısa zaman çərçivəsində ümumxalq rəğbətini qazandı. Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları və tədbirlərin icrası çərçivəsində ölkənin bütün bölgələrində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, səhiyyə və digər sosial obyektlərin inşası uğurla davam etdirilir. İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində aparılan hərtərəfli islahatlar əhalinin maddi rifah halının yüksəlməsinə səbəb olub".

Tədbirdə YAP Astara rayon təşkilatının fəal üzvlərindən rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, ağsaqqal Nəsrəddin Teymurov, Astara RİH-in məsul işçisi Xanverdi Şirinov, Fuad Səmədov, Sakitə Əliyeva, Zakir Abdullayev, Kəmalə Nəsirova və Tural Eyvazov çıxış edərək Azərbaycan xalqının məhz YAP-a etimad göstərdiyini və bundan sonra da hakim partiya ətrafında sıx biləşərək, ölkəmizin inkişaf və tərəqqisinə davamlı töhfələrini verəcəyini qeyd ediblər.

Sonda partiyanın bir qrup fəal üzvlərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

LAÇIN

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23 illiyilə bağlı partiyanın Laçın rayon təşkilatı və Lacın rayon icra hakimiyyəti ilə birlikdə tədbir kecirib. Toplantı lacınlı məcburi köçkünlərin məskunlaşdığı Taxta-körpü adlanan ərazisində keçirilib.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra tədbir konfrans salonunda davam erdirilib. Tədbiri giriş sözü ilə Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov açaraq bildirib ki, YAP və onun böyük lideri, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa biləcəkdik: "Olduqca çətin bir şəraitdə yaranan bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir".

YAP Lacın rayon təşkilatının sədr muavini-aparat rəhbəri Xaliq Musayev məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldi: "Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev qətiyyətli və dönməz siyasəti ilə gerçəkləşdirir".

Tədbirdə digər cıxış edənlər xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildiriblər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər