Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən seçkilərlə bağlı Təqvim Planı hazırlayıb və seçkilərin demokratik və şəffaf keçirilməsi üçün zəruri addımları atıb.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar MSK-nın Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclasında məruzə edərkən deyib. /Trend/
M.Pənahov bildirib ki, namizədlərin irəli sürülməsi və onların qeydə alınması prosesi Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirilib və seçkilərdə 767 namizəd iştirak edib.
O qeyd edib ki, seçkiqabağı təşviqatla bağlı namizədlər üçün lazımi şərait yaradılıb və onların seçicilərlə görüşməsi üçün heç bir məhdudiyyət qoyulmayıb. Namizədlərin təşviqat aparması üçün KİV-lərin imkanlarından istifadəsi üçün hər cür şərait yaradılıb.
M.Pənahov bildirib ki, seçicilərin, o cümlədən əlillərin də səs verməsi üçün də lazım olan şərait yaradılıb - 55,54 faizi səs verib: "Seçkilrədə nə yerli, nə də beynəlxalq müşahidəçilərdən hər hansı bir şikayət daxil olmayıb. Biz seçkilərin şəffaf və demokratik keçirilməsinin şahidi olduq".
yap.org.az