"Hesab edirəm ki, Pənah Hüseyn müxalifət birliyinin lideri ola bilməz, o sadəcə olaraq hansısa qrupun lideri ola bilər. Bu gün onun Azərbaycan müxalifətinə liderlik etmək potensialı yoxdur". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.BAXCP rəsmisinin sözlərinə görə, Pənah Hüseynin qısa müddətdə hakimiyyətdə təmsilçiliyi dövründə biz onun hansı idarəçilik keyfiyyətlərinə malik olduğunun şahidi olmuşuq: "Bu baxımdan müxalifət birliyinin yaradılması və Pənah Hüseynin liderliyi real olmayan məsələ deyil. Bu şəxsin özü haqqında bu qədər yüksək fikirdə olması da ən azından qeyri-təcavüzkarlıq kimi dəyərləndirilməlidir. Bu gün Azərbaycan müxalifətinin, radikal düşərgənin durumu elədir ki, onları heç "super kley"lə də yapışdırmaq olmaz.
sia.az