PDF Oxu

Siyasət

  • 54

Hatəm Cabbarlı: “Ermənistanı ortaq məxrəcə gətirə bilərdilər" AÇIQLAMA

Hatəm Cabbarlı: “Ermənistanı ortaq məxrəcə gətirə bilərdilər" AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Dağlıq Qarabağ probleminin həll edilməsi prosesinə diqqət yetirdikdə bəzi dövrlərdə Rusiyanın daha fəal olduğunu görmək mümkündür. Bu, Rusiyanın məsələyə sonradan deyil, hadisələr başladığı zaman vasitəçilik missiyasını üzərinə götürdüyü amili ilə izah olunsa da, əslində bir çox amilləri də göstərmək mümkündür". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində son illərdə Rusiya digər həmsədr dövlətlərlə müqayisədə daha ciddi məşğul olurmuş kimi təəssürat oyanır: "Xüsusilə Ukrayna böhranı, Yaxın və Orta Şərqdə beynəlxalq vəziyyətin gərginləşdiyi ərəfədə Rusiya Dağlıq Qarabağ problemində sürprizlər yaşamaq istəmir. Bütün bunlara baxmayaraq, hələ də həmsədr dövlətlərin heç biri problemin həlli istiqamətində konkret sülh layihəsi təklif etməyib".H.Cabbarlı əlavə edib ki, Dağlıq Qarabağ probleminin həll edilməsində əsas məsələ həmsədr dövlətlərin maraqlarının üst-üstə düşməməsidir: "Əgər həmsədr dövlətlər arasında fikir ayrılığı yaşanmasaydı, böyük bir ehtimalla onlar Azərbaycan və Ermənistanı ortaq məxrəcə gətirə bilərdilər. Yəni artıq Dağlıq Qarabağ problemi mahiyyətini dəyişərək, Azərbaycan-Ermənistan arasında yaşanan silahlı münaqişədən daha çox, həmsədr dövlətlərin maraqlarının toqquşduğu bir şəkil alıb. Rusiyanın daha fəal olduğu müşahidə edilsə də, yaxın zamanlarda problemin həll ediləcəyi ehtimalı azdır".

sia.az

Digər xəbərlər