PDF Oxu

Siyasət

  • 46

Mais Səfərli: “Müxalifətin təşəbbüsləri çoxdan köhnəlib” AÇIQLAMA

Mais Səfərli: “Müxalifətin təşəbbüsləri çoxdan köhnəlib” AÇIQLAMA

"Müsavatdan gedən üzvlərin ora qayıtması mümkün deyil. Onların əksəriyyəti həm kifayət qədər yaşa dolmuş insanlardır, həm də özləri də başa düşürlər ki, siyasət onlar üçün bitib. Ona görə də yerlərini gənclərə verməlidirlər". Bu fikirləri SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.Partiya sədri bildirib ki, İsa Qəmbər yenidən Müsavat başqanı olsa belə hazırki vəziyyət dəyişən deyil: "Müsavatın dağılmasının qarşısını almaq üçün orada demokratik-hüquqi islahatlar keçirilməlidir. Müxalifət partiyalarının çoxunda isə nə islahatlar, nə də normal partiya quruculuğu aparılır. Vaxtilə həmin partiyalar ayrı-ayrı şəxslərin maraqları çərçivəsində yaradılıb. Nə əvvəllər, nə də indi həmin şəxsi maraqlar çərçivəsindən kənara çıxmağı bacarmayıblar".Müxalifət partiyalarının əksəriyyətinin fəaliyyətinin iqtidarın gördüyü işlərə kölgə salmaqdan ibarət olduğunu söyləyən Mais Səfərli xüsusilə vurğulayıb ki, onların təşəbbüsləri də artıq çoxdan köhnəlib: "Belə olan halda xalq onları dəstəkləmir. Həmin partiyaların sıravi üzvləri də partiyalarının fəaliyyətindən narazıdırlar. Onlar səslərinin eşidilməsini tələb edirlər. Müsavatın simasında müxalifət partiyalarında qərarlar yuxarıdan qəbul olunur və aşağılara ötürülür. Əslində isə demokratik prinsiplərlə idarə olunan partiyalarda qərarlar ortaq müzakirələrlə, sıravi partiya üzvünün fikri belə dinlənilərək qəbul edilir. Belə avtoritar prinsiplərlə idarə olunan müxalifət partiyaları "kommunist partiyasının şineli"ndən çıxanlardır".

sia.az

Digər xəbərlər