"Düşünürəm ki, ilk növbədə Suriyanın ərazisində olan türkmənlərin İŞİD-lə nə qədər əlaqəsi olduğu məsələsini önə çəkmək lazımdır". BunuSİA-ya politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, Suriyada türkmənlərlə bağlı çox ciddi problemlər var və Azərbaycan buna susmur: "Türkiyənin bu məsələlərə biganə qalması daha çox sosial şəbəkələrdə qaldırılan məsələlərlə bağlıdır. Türkmənlərin çıxışlarından belə çıxır ki, onlar təkcə Rusiyaya qarşı döyüşmürlər, həm də İŞİD-i dəstəkləyirlər. Təbii ki, bu inandırıcı görünmür. Çünki onlar şiədirlər. Türkmənlərlə bağlı Türkiyənin atacağı hər hansı bir addım Bəşər Əsədi müdafiə etmiş kimi görünəcək. O zaman belə çıxır ki, Rusiya, İran Suriyada birlikdə anti Əsəd qüvvələrinə qarşı mübarizə aparır. Çox təəssüf ki, türkmənlər də həmin cəbhədə yer alırlar. Azərbaycanı bu məsələyə qatışdırmağın özü də bir qədər ağılsızlıqdır. Azərbaycan Suriya ərazisində hər hansı bir anti terror hərəkatının əleyhinə getsə belə, o zaman biz Dağlıq Qarabağa haqq qazandırmış olarıq. Bu mənada həmin proseslərdə Azərbaycanın adının çəkilməsi siyasi korluqdur".
sia.az