PDF Oxu

Siyasət

  • 35

Müşviq Ələsgərli: “Kimin ağlına nə gəlirsə, onu da yazır” AÇIQLAMA

Müşviq Ələsgərli: “Kimin ağlına nə gəlirsə, onu da yazır” AÇIQLAMA

"Hazırda media sferasında informasiya ilə bağlı durum heç də ürəkaçan deyil. Çox ciddi problemlər var". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.Müşviq Ələsgərli bəzi hallarda xəbər saytlarının sanki bir fürsət gözlədiklərini qeyd edib. M.Ələsgərli bildirib ki, bəzi xəbər portallarında nazirliklər ətrafında baş verən hadisələrlə bağlı istənilən formada materiallar yayımlanıır: "Əslində bunların jurnalsitikaya və media qrumlarına aidiyyatları yoxdur. Baş verənlər sanki bir fantaziya ədəbiyyatıdır. Kimin ağlına nə gəlirsə, necə bacarırsa o cür də yazır. Belə olan halda medianın bütün prinsipləri pozulur. Bəzən danışanda deyirlər ki, hadisə baş veribsə biz yazmalıyıq. Bu təbiidir. Media baş verən bütün hadisələri işıqlandırmalıdır. Əksinə media bu məsələlərə toxunmasa cəmiyyətdə bir qaranlıq yaranar, hadisələrin mahiyyəti anlaşılmaz. Amma bugünkü problem nədədir? Bizim informasiya məkanında baş verənlər deyil, baş verməyən hadisələr haqqında materiallar gedir. Fantaziyalar yer alır, düşüncələr yer tutur. Əslində bir məmur, bir şəxs istintaqa cəlb olunur və burada müəyyən mərhələlər var. Bəlkə istintaqda bu insanın günahı sübut olunmayacaq, yenidən vəzifəsi bərpa olunacaq. Amma mediada bu adama elə bir ləkə vurulur ki, bu adamın nəinki işi ilə bağlı reputasiyasına ziyan gəlir, hətta onun taleyi üçün təhlükəli məqamlar yaranır. Bu, məsələnin bir tərəfidir".Mətbuat Şurasının rəsmisi onu da əlavə edib ki, jurnalistlər konkret nə varsa onu tənqid etsinlər: "Olmayan məlumatların yazılması düzgün deyil. Xəbər gündəminə nəzər salsaq görərir ki, təkcə bir neçə nazirliklər ətrafında yazılar yazılmır. Bütünlüklə dövlət qurumları haqqında müxtəlif səpkili yazılar dərc olunur. Azərbaycanda nə qədər məmur varsa, qurumlar varsa onlar haqqında hər gün əsassız, neqativ xəbərlər yayımlanır. Ölkədə elə bir ovqat yaradılır ki, sanki burada etimadsızlıq mühiti hökm sürür. İnsanlar dövlətinə güvənir, etimad edir. Bu baxımdan da hesab edirəm ki, proseslərə son qoymaq lazımdır".

sia.az

Digər xəbərlər