PDF Oxu

Siyasət

  • 29

Suraxanıda "Yaşıl Marafon" layihəsi ruh yüksəkliyi ilə davam edir

Suraxanıda "Yaşıl Marafon" layihəsi ruh yüksəkliyi ilə davam edir

150 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 300 ədəd kiparis ağacı əkilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, "İDEA" (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika yaşıllaşdırma marafonu"na ilk qoşulanlar sırasında olan Suraxanı rayon icra hakimiyyəti ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək, rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini böyük ruh yüksəkliyi ilə davam etdirir.

Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası 24 noyabr 2015-ci il tarixdə rayonun Əmircan - Qaraçuxur yolunun ətrafında keçirilib. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüşdür.

Ağacəkmə aksiyasında rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati-ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. 150 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 300 ədəd kiparis ağacı əkilib.

Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.

"İDEA" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun növbəti mərhələsində Suraxanı rayonunda artıq 3 mindən yuxarı ağac əkilmiş, eyni zamanda mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

ZÜMRÜD

Digər xəbərlər