Bu gün Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təsis olunmasının 20-ci il dönümünə həsr olunmuş tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbir çərçivəsində ardıcıl olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XIII Qurultayı və Gənclər Təşkilatlarının II Milli Konqresi həyata keçiriləcək.Dövlət rəsmiləri, millət vəkilləri, Avropa Şurasının nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və mətbuat nümayəndələrindən ibarət 200-ə yaxın şəxsin iştirakı ilə keçirilən tədbir zamanı rəsmilərin təşkilatın 20-ci il dönümü ilə bağlı çıxışları dinləniləcək, təltifolunma mərasimi baş tutacaq.Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XIII Qurultayı başa çatdıqdan sonra Gənclər Təşkilatlarının II Milli Konqresi həyata keçiriləcək. Konqres zamanı gənclər təşkilatları üçün önəmli olan mövzular ətrafında panel müzakirələri təşkil olunacaq, bu mövzularla bağlı təkliflər səsləndiriləcək.
sia.az