PDF Oxu

Siyasət

  • 31

Elman Məmmədov: “Azərbaycanın ərazilərində müxtəlif işlərlə məşğul olurlar" AÇIQLAMA

Elman Məmmədov: “Azərbaycanın ərazilərində müxtəlif işlərlə məşğul olurlar" AÇIQLAMA

"ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycana sonuncu səfəri zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri ilə görüşəndə mən də onlara öz fikirlərimi ünvanladım. Həmsədr dövlətlər, beynəlxalq qurumlar və digər dövlətlər hər zaman söyləyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və ona hörmətlə yanaşırıq. Əslində bu, saxtakarlıq, riyakarlıq və qeyri-səmimilikdən xəbər verir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində heç kim tərəfindən tanınmayan qondarma, cinayətkar, separatçı qurum yaradılıb və 20 ildən çoxdur ki, orada fəaliyyət göstərir: "Əsl həqiqət bundan ibarətdir. Bu gün ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin və digər böyük dövlətlərin ərazisində həmin qurumun nümayəndəlikləri yaradılıb və fəaliyyət göstərir. Riyakarlıqdan, saxtakarlıqdan və s. başqa siyasət aləmində axı buna nə ad vermək olar? ABŞ-ın, Avropanın müxtəlif dövlətlərinin şirkətləri, firmaları, rəsmi və qeyri-rəsmi təşkilatları uzun illərdir Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif işlərlə məşğul olurlar. Biz Azərbaycan tərəfi olaraq onlara etiraz edəndə, bəyanat verəndə ki, siz bununla ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik edirsiniz onlar deyirlər ki, bu bizim rəsmi dövlət mövqeyimiz deyil. Təbii ki, bütün bunlar hamısı yalandır və o məsələlərə ikili, üçlü standartlarla yanaşmadır. Dağlıq Qarabağ probleminin bu günə kimi həll olunmamış qalmasının əsas səbəblərindən biri də onların məsələyə bu cür yanaşmalarıdır".

sia.az

Digər xəbərlər