"Türkiyə hava məkanını pozan Rusiyaya məxsus "Su-24" bombardmançısının Türkiyə Silahlı Qüvvələrinə məxsus "F-16" qırıcısı tərəfindən vurulmasından sonra Rusiya Türkiyə münasibətləri kəskinləşib. Bundan sonra iki dövlət arasında bir sıra sahələrdə əməkdaşlığa son qoyula bilər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib.Politoloqun sözlərinə görə, ilk olaraq hərbi və silah satışı sahəsində əməkdaşlıqda müəyyən problemlər yaradıla bilər: "Ən azı 1 il müddətinə Türkiyədən Rusiyaya ixrac olunan ərzaq məhsullarına əngəl törədiləcək. Türk şirkətlərinin Rusiyada fəaliyyətlərinə və müəyyən sahələrlə bağlı iştirak etmək istədikləri tenderlərdə problemlər yaranacaq. Ən əsası isə turizm sahəsində əməkdaşlığa son qoyulacaq. Nəzərə almaq lazımdır ki, Rusiyadan Türkiyəyə il ərzində 4 milyona yaxın turist girişi olur. Burada da kəskin azalma müşahidə ediləcək".
sia.az